Onlayn ictimai-siyasi qəzet
Son aylar ərzində ümumtəhsil müəssisələrində qızılca xəstəliyinə yoluxmanı ciddi izləyirik.
Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullaye brifinqdə deyib.
Nazir qeyd edib ki, xəstəliklə əlaqədar məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil:
"Valideynləri vaxtında övladlarını vaksinasiya etdirməyə çağırıram. Çünki vaksin qızılcaya yoluxmanın qarşısını alır".
Nazir müvafiq səhiyyə orqanlarının tövsiyələrinə əməl etməyi məsləhət görüb.
Nigar HƏSƏNLİ,
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ