Onlayn ictimai-siyasi qəzet
Xalq artisti, tanınmış müğənni və iş adamı Emin Ağalarovun ABŞ səfəri davam edir.
Musavat.com-un məlumatına görə, sənətçi Los-Ancelesdə dünya ulduzları ilə bir araya gəlib.
O, məşhur ifaçı Nikol Şerzinger, 16 dəfə “Qremmi” mükafatına layiq görülmüş musiqiçi və prodüser Devid Foster, həmçinin aktrisa xanımı Katrina Fosterlə görüşüb. Görüş zamanı musiqi sənətinin gələcək planları, yaradıcı layihələr və əməkdaşlıq imkanları müzakirə olunub.
Emin Ağalarov sosial şəbəkə hesabında həmin anlardan çəkilmiş fotoları paylaşaraq belə yazıb:
“Los-Ancelesdə belə möhtəşəm dostlar arasında olmaqdan həmişə xoşbəxtəm”.
Paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı bəyənmələr toplayıb.
Könül
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ