Onlayn ictimai-siyasi qəzet
Xalq artisti, tanınmış müğənni və iş adamı Emin Ağalarov şəxsi “Instagram” hesabında çox təsirli və emosional bir ailəvi görüş videosu paylaşıb.
Musavat.com xəbər verir ki, “One of the most important days” (Ən önəmli günlərdən biri) qeydi ilə paylaşılmış bu video sosial şəbəkələrdə qısa müddətdə böyük maraq doğurub – on minlərlə bəyənmə və yüz minlərlə baxış toplayıb.
Videoda ailəvi qarşılama səhnələri, təbəssüm, qucaqlaşma və isti münasibət tamaşaçılarda böyük təəssürat yaradıb. Peşəkar montaj, seçilmiş musiqi və görüntülərin ardıcıllığı bu videonu sadəcə sosial media paylaşımı yox, ailə dəyərləri, sevgi və hörmətin rəmzi halına gətirib.
Musavat.com Emin Ağalarovun paylaşdığı videonu oxucularının diqqətinə təqdim edir.
@@TVmusavat/114329@@
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ