İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov "Sea Breeze"də yeni obyektin açılışını etdi - VİDEO

Musavat.com xəbər verir ki, tanınmış iş adamı və müğənni Emin Ağalarov Bakının məşhur istirahət məkanı olan “Sea Breeze”də daha bir beynəlxalq markanın fəaliyyətə başladığını elan edib. Yeni obyekt Fransız-Belçika mənşəli “Le Pain Quotidien” adlı məşhur restoranlar şəbəkəsidir.

Ağalarov öz rəsmi sosial media hesabında yayımladığı videoda bildirib ki, bu markanın “Sea Breeze”də açılması kompleksin dünya səviyyəli şəhərciyə çevrilməsi yolunda daha bir addımdır:

“Sea Breeze böyüyür və artıq şəhərə çevrilir. Burada dünyanın bir çox məşhur brendləri fəaliyyətə başlayır. İndi isə ‘Le Pain Quotidien’ də bizimlədir”.

“Le Pain Quotidien” – tərcümədə “gündəlik çörək” mənasını verir – sağlam və təbii qidalanma konsepsiyası ilə tanınan beynəlxalq restoran şəbəkəsidir. Restoran həm səhər yeməkləri, həm də yüngül nahar və kofe istirahəti üçün ideal məkandır.

Aşağıda təqdim etdiyimiz görüntülərdə yeni obyektin açılışından məqamları izləyə bilərsiniz.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR