İnsanlara hürriyət, millətlərə istiqlal!

“Emin hər şeyi özü əldə edib” – Araz Ağalarov

Xalq artisti Emin Ağalarov atası Araz Ağalarovla bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, sənətçi milyarder atasının onun haqqında danışdığı videonu paylaşıb.

Emin paylaşımına “Məni böyütdüyü üçün atam və əlbəttə ki, bütün həyat dərsləri üçün anama təşəkkür edirəm”, - sözlərini qeyd edib.

Araz Ağalarov isə oğlu haqqında bu sözləri deyib:

“Emin hər şeyi özü əldə edib. Mən ona xüsusi kömək etməmişəm. O, həm sənətdə, həm tikinti sahəsində zirvələrə qalxıb və bunu əlavə kömək olmadan edib. Valideyn üçün əsas şey budur ki, övladına çətinliklərə rəğmən istədiyi nəticəni əldə etməyin yolunu göstərmək, öyrətməkdir. Emin bunu bacardı”.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR