Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyəyə səfər edən Suriya Prezidenti Əhməd Əl-Şaraanın həyat yoldaşı Lətifə Əl-Durubi ilə görüşüb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, birinci xanımlar arasında görüş Nest Konqres və Sərgi Mərkəzində keçirilib.
Görüş zamanı Əl-Durubi və Əminə Ərdoğan Suriyada qadın və uşaqlar üçün mümkün birgə səyləri müzakirə ediblər.
Bundan başqa onlar Afrika Mədəniyyət Evinin stendini ziyarət ediblər.
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ