İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənənəvi Xalça Festivalından rəngli görüntülər - FOTOLAR

Prezident İlham Əliyev tərəfindən 2016-cı ildə imzalanan sərəncama əsasən, Azərbaycanda mayın 5-i Xalçaçı Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq bu il də mayın 2-4-də İçərşəhərdə Xalça Festivalı təşkil edilib.

Musavat.com xəbər verir ki, bu il də ziyarətçilərə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən xalçaçılıq nümunələri, əl işlərinin satış sərgisi təqdim olunub.

Küçələrə xalılar sərilib. Festival ziyarətçiləri özləri xalça toxuya, müxtəlif dekorativ məhsullar hazırlamaq imkanı əldə ediblər. Builki festivalda bəzi ölkələrin çadırları da qurulub. Bununla da dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim etmək imkanı qazanıblar.

Musavat.com festivaldan çəkilmiş görüntüləri təqdim edir:

Nigar HƏSƏNLİ,
Fotolar, video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR