İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteyn işində kimlər var - Mask, Klinton və...

Azyaşlıların cinsi istismarı və insan alveri ilə bağlı maliyyəçi Ceffri Epşteynə qarşı irəli sürülən ittihamlar üzrə istintaqda 100-dən çox nüfuzlu şəxsin adı keçir.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

ABŞ baş prokurorunun müavini Todd Blaş tərəfindən Epşteynin köməkçisi olmuş və azyaşlı qızların cinsi istismar məqsədilə cəlb edilməsinə görə 20 il həbs cəzası almış Gislayn Maksvellin 9 saatlıq dindirilməsi zamanı bu adlar açıqlanıb. Bu, Maksvellin ilk dəfə rəsmi şəkildə hökumət nümayəndələrinə Epşteynin fəaliyyəti və əlaqələri barədə məlumat verməsi olub.

Gislayn Maksvellin şahzadə Endryu ilə bağlı ilk dəfə dindirildiyi qeyd olunur. O, ABŞ-ın sabiq prezidenti Bill Klinton, "Microsoft"un qurucusu Bill Qeyts, milyarderlər Les Veksner və Leon Blek, hüquqşünas Alan Dersoviç, həmçinin İlon Mask və onun qardaşı Kimbal barədə də ifadə verib.

Məlumata görə, bu iş üzrə istintaq materialları 5 milyondan çox sənədi əhatə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR