Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabaxça Sarayında Pakistan baş naziri Şahbaz Şərifi qəbul edib.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Qapalı keçirilən görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin qiymətləndiriləcəyi gözlənilir.
Məlumata görə, həmçinin regional məsələlər, o cümlədən terrorla mübarizə və beynəlxalq məsələlərin müzakirə ediləcək.
Bundan başqa, iki ölkə arasında yaradılmış və sonuncu iclası ötən ilin fevralında Prezident Ərdoğanın iştirakı ilə İslamabadda keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən əməkdaşlıq prosesləri nəzərdən keçiriləcək.//Report
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ