İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Türkiyə-Rusiya əlaqələri daha da güclənir”

Türkiyə və Rusiya liderlərinin görüşü nəticəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

Musavat.com xəbər verir ki, Türkiyə Prezidentinin İdarəsinin Kommunikasiya İdarəsi X sosial şəbəkəsində görüşün nəticələrini açıqlayıb.

Ərdoğan Ukraynada ədalətli və davamlı sülhün təmin olunması istiqamətində Türkiyənin səylərini qeyd edib və İstanbul danışıqlarının sülh prosesinə töhfə verdiyinə əminliyini bildirib.

Türkiyə lideri həmçinin ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar möhkəm sülhə gətirib çıxaracaq və Qafqazda davamlı sabitlik həm Türkiyə, həm də Rusiya üçün qarşılıqlı maraqlara xidmət edəcək.

Görüş zamanı İsrailin Qəzza sektoruna hücumları və Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunması da müzakirə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR