Onlayn ictimai-siyasi qəzet
Rusiyaya məxsus "İL-76" təyyarəsi mühərrikdə yaranmış problem səbəbindən Krasnoyarskın Çeremşanka hava limanında təcili eniş edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Regional Nəqliyyat Nazirliyindən TASS-a bildirilib.
Məlumata görə, eniş zamanı təyyarə zolaqdan təxminən 50 metr kənara çıxıb. Hazırda hava limanı digər reyslər üçün bağlıdır və təcili xidmətlər fəaliyyət göstərir.
Nazirlik əlavə edib ki, 4 km məsafədə yerləşən Krasnoyarsk beynəlxalq hava limanı isə normal rejimdə işləyir.
Qeyd edək ki, Çeremşanka hava limanı əsasən yerli marşrutlar və tranzit uçuşlar üçün istifadə olunur.
Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində təlim təyyarəsi qəzaya uğrayıb.
Musavat.com-un məlumatına görə, qəza zamanı pilot kursant ölüb.
Bu gün səhər saatlarında İzmirin Səlcuq Hava Limanından havaya qalxan Türkiyə Hava Qurumuna (THK) məxsus iki nəfərlik Cessna-172 təlim təyyarəsi Torbalı rayonunun Kırbaş məhəlləsində qarğıdalı tarlasına çırpılıb.
Hadisə zamanı təyyarənin göyərtəsində olan 31 yaşlı pilot kursant Berfu Hatipoğlu həlak olub. Uçuş zamanı Hatipoğlunun tək olduğu müəyyən edilib. Jandarma qəza yerində təhlükəsizlik tədbirləri görüb və araşdırmalara başlayıb.
İnanıram ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar”, - o bildirib.
Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünə də diqqət çəkib:
"Həm Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də hər hansı bir problem və fikir ayrılığı yoxdur. Azərbaycan prezidenti bu məsələdə özünə əmindir. Xüsusilə də ABŞ səfərindəki o görüş, o danışıqlar bu mövzuda atılacaq addımlarda həlledici rol oynayıb".
Ərdoğan əmindir ki, sülhün əldə olunması region üçün yeni imkanlar açacaq: dəmir yolu və avtomobil əlaqələri bərpa olunacaq, sərhəd keçidləri açılacaq və bu, ilk növbədə ticarətə müsbət təsir edəcək.
Onun sözlərinə görə, bundan bütün region ölkələri, o cümlədən Türkiyə faydalanacaq.
“Zaman keçdikcə həm Rusiya, həm də İran anlayacaq ki, onların qorxuları əbəs idi”, - deyə Ərdoğan yekunlaşdırıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/results?search_query=tv+musavat
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ