İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu qərarı icra etmir

“Ermənistanda arbitraj və mediasiya institutları fəaliyyətini davam etdirir və hökumət bu mexanizmlərin mübahisələrin həlli üçün effektiv alternativ vasitələr kimi işləməsi üçün səylər göstərir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Üçüncü Beynəlxalq Arbitraj Həftəsində jurnalistlərə ədliyyə naziri Srbuhi Qalyan bildirib.

Beynəlxalq arbitraj qərarlarının icrası məsələsinə toxunan Qalyan deyib ki, Nyu-York Konvensiyası dövlətin arbitraj qərarını könüllü yerinə yetirmədiyi halda məcburi icra üçün mexanizmlər nəzərdə tutur və bu, məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Onun sözlərinə görə, hazırda söhbət təminat tədbirləri ilə bağlı qərardan gedir və hökumət onu hələ könüllü şəkildə icra etmir. Eyni zamanda, məhkəmələr qərarı ictimai qaydaya zidd hesab edərsə, onu icra etməmək imkanı da mövcuddur.

Qeyd edək ki, “Ermənistan Elektrik Şəbəkələri” ilə bağlı hökumətin qəbul etdiyi qərar arbitraj məhkəməsində qanunsuz hesab olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR