Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısı Cəlilabad rayon sakinləridir. Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri - 2002-ci il təvəllüdlü Əlvan Şəfi oğlu Həmidov, 2002-ci təvəllüdlü Elmin Şaban oğlu Xanverdiyev və 2000-ci il təvəllüdlü Nəsib Bahadur oğlu Cəfərovdur.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ