İnsanlara hürriyət, millətlərə istiqlal!

Erik Trampın Kanadada səsləndirdiyi zarafat ölkəni sarsıtdı: ‘Siz bizim 51-ci ştatımız olmalısınız! - VİDEO

Trampın oğlu Kanadada: “51-ci ştatımız olsanız, hər şey mükəmməl olar” – skandal replika Consensus 2025-də gündəm oldu

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp Kanadanın Toronto şəhərində keçirilən kriptovalyutalara həsr olunmuş “Consensus 2025” Sammitinə qatılıb. Forum çərçivəsində jurnalistlərin və blogerlərin suallarını cavablandıran Erik Tramp diqqətçəkən və sosial mediada geniş yayılmış bir açıqlama ilə yadda qalıb.

Onunla reportajı edən bir iştirakçı

Erik Trampa belə bir sual verib: “And where does Canada fit?” – “Bəs Kanada bu mənzərənin harasında yer alır?”
Bu suala cavab olaraq Erik Tramp gülümsəyərək deyib:

“Əgər Kanada bizim 51-ci ştatımız olsa, hər şey mükəmməl olar. Bu, ən möhtəşəm əməkdaşlıq olardı. Birlikdə çox gözəl işlər görə bilərik!”

Oğul Tramp cavabının zarafatla deyildiyini sonradan qeyd etsə də, artıq gec idi – onun bu sözləri sosial şəbəkələrdə “imperialist mesaj”, “Tramp ailəsinin əsl niyyəti” kimi şərhlərlə paylaşılır və ciddi reaksiyalar doğurur.


Erik Trampın Consensus 2025-də iştirakı, atası Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ-ın texnoloji və iqtisadi güclərinin yeni regional hədəfləri ilə bağlı mübahisəli şərhlərlə müşayiət olunub.

Musavat.com həmin məqamın eksklüziv görüntülərini təqdim edir:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR