İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni oliqarx-deputat: Ermənistan qonşularla münasibətləri normallaşdırdıqdan sonra rifaha çatacaq

Ermənistanda heç kim çevriliş edə bilməz. Bunu yadda saxlayın.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Xaçatur Sukiasyan danışıb.

Onun sözlərinə görə, Ermənistandakı institutlar nəhayət ki, fəaliyyət göstərməyə başlayıb. “Hörmətli vətəndaşlar, əmin olun ki, Ermənistan inkişaf etməyə davam edəcək. O, qonşularla çox yaxşı münasibətlər quracaq.. Şərait yaxşılaşacaq, insanlar özlərini təhlükəsizlikdə hiss edəcəklər. Onların əlavə gəlirləri olacaq və bu pullardan həzz alacaqlar”, – deyə Sukiasyan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR