İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlər katolikosun müdafiəsinə qalxdı – BƏYANAT

Nikol Paşinyanın erməni kilsəsində katolikosların xidmət qaydasını aradan qaldırmağa yönəlmiş hərəkətləri Ermənistanın konstitusiya quruluşunu pozmaqla yanaşı, həm də ölkədə yaşayan milyonlarla erməninin və diasporun əsas dini azadlıqlarını pozur, onların dini hisslərini təhqir edir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə revanşistləri öz ətrafında birləşdirən “Ayakve” müxalifət hərəkatının yaydığı bəyanatda deyilir.

Bəyanatda daha sonra bildirilir: “Paşinyan erməni kilsəsində katolikosların xidmət qaydasının dəyişdirilməsi təşəbbüsü ilə Ermənistan Respublikası adından çıxış etmək hüququna malik deyil. Bu, insan hüquqlarının və vicdan azadlığının kobud şəkildə pozulmasıdır, cinayətdir”.

Revanşistlərin bəyanatında qeyd olunur ki, Paşinyanın çağırışlarında Eçmiədzin Ana Taxtına qarşı təxribatların və zorakılıq təzahürlərinin risklərini görən Hayakve Birliyi Eçmiədzin Ana Taxtının ərazisində mümkün təxribatlar zamanı ilkin xəbərdarlıq və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə fəaliyyətə başlayıb. “Erməni kilsəsinin və onun milyonlarla davamçısının qanuni hüquqlarını və dini azadlıqlarını qorumaq üçün genişmiqyaslı və çoxşaxəli ictimai fəaliyyət lazımdır. Biz məsləhətləşmələrə vahid gündəmlə – Ermənistanda dini azadlıqların müdafiəsi üzrə milli ictimai qurumun və erməni kilsəsinin yaradılması ilə başlamağı təklif edirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR