İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan barıt çəlləyinin üstündə oturub” 

“Əgər İsrailin İrana qarşı hava zərbələri davam edər və bu, genişmiqyaslı müharibəyə çevrilərsə, Sünik bölgəsi İrana qarşı təzyiqin ən real istiqamətlərindən birinə çevrilə bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Varujan Geqamyan danışıb.

Erməni politoloqun iddiasına görə, bu məsələdə İsrailin faktiki müttəfiqi olan Azərbaycan iştirak edəcək.

“Son aylarda İsrail Azərbaycanı silah və sursatla demək olar ki, “silahlandırıb”. Xüsusilə nəzərə almaq lazımdır ki, hazırda Türkiyə silahlı qüvvələri Naxçıvanda təlim adı altında yerləşib və iyun ayının sonuna qədər orada qalacaq. Bu da Sünikin qərb istiqamətindən təzyiqin təmin olunmasına xidmət edir.

Başqa sözlə desək, Ermənistan barıt çəlləyinin üstündə oturub, lakin barıt qoxusu cəmiyyətimizdən qəsdən gizlədilir”, - deyə Geqamyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR