Onlayn ictimai-siyasi qəzet
Ermənistan səmasını Rusiyanın üzünə bağlaya bilər. Bu sensasion açıqlamanı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) Rusiya baş nazirinin müavini Aleksey Overçuk verib.
Musavat.com xəbər verir ki, bu barədə “Svobadnaya pressa” “Kəmərdən aşağı zərbə” başlıqlı məqalədə deyilir.
Bildirilir ki, hava sərhəddinin bağlanmasına səbəb təkcə iki ölkə arasında münasibətlərin pisləşməsi və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsindən faktiki olaraq çıxması deyil (İrəvan KTMT-dən formal olaraq çıxmayıb, lakin onun maliyyələşdirilməsində iştirakdan imtina edib).
Baş nazirin müavini Overçukun əsas arqumenti Ermənistanın Avropa Birliyinə üzv olmaq üçün müraciət etməsidir. “Aİ-yə qoşulmaq avtomatik olaraq onun tələb və qaydalarına qoşulmaq demək olacaq. Bu gün Avropa İttifaqının Rusiya ilə hava əlaqəsi yoxdur. AB ölkələrinin səması rus təyyarələri üçün bağlıdır. Ermənistan da səmalarını bağlayacaq? Əgər siz Avropa Birliyinə daxil olsanız, bəli, çünki Brüssel sizə səmanı bağla deyəcək, sən də səmanı bağlayacaqsan, başqa çarənin qalmayacaq” Overçuk bildirib.
O da bildirilir ki, Overçukun açıqlaması təsadüfi deyildi. Rusiya və Ermənistan diplomatik qalmaqalın astanasındadır.
Münaqişəyə səbəb Ermənistanda dövlət çevrilişi hazırlamaqda ittiham olunan erməni əsilli rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyanın həbsi olub. Rusiyalı oliqarxın həbsi Rusiyanın siyasi isteblişmenti tərəfindən sərt şəkildə tənqid edilib.
“Bəs Ermənistan Rusiyaya hava məkanını bağlasa, nə olacaq” sualına keçmiş təyyarə komandiri, uçuş təhlükəsizliyi üzrə mütəxəssis Aleksandr Romanov cavab verib. Pilot deyib ki, Ermənistan kiçik ölkədir, onu soldan da, sağdan da uçurmaq olar, ən yaxşı variant Gürcüstan üzərindən uçmaqdır.Ermənistanın yaxınlığında başqa Qafqaz respublikaları da var ki, onlar Aİ-yə daxil olmaq, nə səmalarını Rusiyaya bağlamaq fikrindədirlər.
“İrəvanın Zvartnots hava limanından ən çox reys həqiqətən Vnukovo hava limanınadır. Hər gün orta hesabla 4 reys. Zvartnots hava limanından digər məşhur uçuş Parisə, Şarl de Qoll hava limanınadır. Orada uçuş təxminən 5 saat 20 dəqiqə davam edir. Zvartnots hava limanından digər məşhur marşrutlar Belqrad, Beyrut və Kişinyovdur. Amma müxtəlif variantlar da var. Məsələn, Serbiya prezidenti Aleksandr Vuçiç Moskva paradına Bakıdan keçməklə uçdu. Orada yaxşı müasir hava limanı da var” deyə, pilot bildirib.
Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Siyasəti fakültəsinin dekan müavini Andrey Suzdaltsev də deyib ki, Ermənistan üzərində səmanı bağlamaq Rusiyaya həssas zərbə ola bilər.
“İrəvan Rusiyadan Avropaya gedən yolda qovşaqlardan biridir. Biz İrəvan hava limanından daha çox istifadə etsək də, İstanbul, Bakı və Belqradda var. Biz təkcə hava nəqliyyatından deyil, bütün yük axınından danışmalıyıq. 2024-cü ilin məlumatlarına görə, Ermənistandan Rusiyaya meyvə ixracı iki dəfə artıb. Söhbət, məsələn, təkrar ixrac olunan bir neçə min ton kivinin ixracından gedir. Bundan əlavə, Ermənistanda yetişdirilən armud, alma, ərik, konservləşdirilmiş tərəvəz və meyvələr alırıq. Amma məsələ təkcə meyvə və erməni konyakından getmir. Rusiyaya Ermənistandan mis filizi, alüminium folqa, tütün gətirilir. Üstəlik qızıl, brilyant və zərgərlik məmulatları da. Təbii ki, bütün bunlar olmadan yaşaya bilərik, lakin paralel idxal üçün “imkan pəncərəsi” bağlanarsa, bu, Rusiyaya birbaşa zərbə olacaq. Bəzi mənbələrə görə, demək olar ki, Rusiyada Ermənistanın özündə olduğu qədər Ermənistan vətəndaşları və etnik ermənilər yaşayır. Erməni diasporu Rusiyada ən böyük diaspordur. Rusiyadakı etnik ermənilərin əksəriyyəti bizneslə, əsasən ticarət, tikinti və xidmət sahələri ilə məşğuldur. Əgər İrəvandakı hakimiyyət Rusiya ilə səmanı bağlasa, bu biznes avtomatik olaraq bloklanacaq. Bundan sonra etnik ermənilər arasında Ermənistanın baş naziri Paşinyan üçün ciddi suallar yarana bilər ki, bu da ona hakimiyyət bahasına başa gələ bilər” deyə, ekspert bildirib.
Musavat.com
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ