İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yeni qırıcılar ALIR - 3 milyardlıq RAZILAŞMA

Ermənistan Hindistanla "Sukhoi Su-30MKI" çoxməqsədli qırıcılarının alınması üzrə müqaviləni yekunlaşdırmaq üzrədir. Təyyarələr "Hindustan Aeronautics Limited" (HAL) tərəfindən istehsal olunur.

Musavat.com "Indian Defence News"a istinadən xəbər verir ki, danışıqlar son mərhələdədir və bu addım Azərbaycanın Pakistan istehsalı olan 40 "JF-17C Block-III" qırıcılarını almasına cavab kimi qiymətləndirilir.

Qeyd olunur ki, bu müqavilə Hindistan və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın daha da güclənməsini göstərir. Son illərdə tərəflər artıq bir sıra müqavilələr bağlayıblar.

"Su-30MKI" qırıcıları Hindistan Hərbi Hava Qüvvələrinin əsas təyyarəsi sayılır. Təyyarələr iki ədəd AL-31FP mühərriki, müasir radar kompleksi və həm Hindistan, həm də Rusiya istehsalı silahları istifadə edə bilmə imkanları ilə tanınır.

Müqavilənin dəyərinin 2,5-3 milyard dollar arasında olması gözlənilir.

İlk mərhələdə 8-12 təyyarənin tədarükü, heyətin hazırlanması, yerüstü texnika və fərdi silahların inteqrasiyası planlaşdırılır. İlk təyyarələrin 2027-ci ilin sonuna qədər, bütün tədarükün isə 2029-cu ilə qədər tamamlanması nəzərdə tutulur.

Ermənistan üçün nəzərdə tutulmuş "Su-30MKI" modifikasiyası Hindistanın son yenilikləri ilə, Uttam AESA radar sistemi, uzun mənzilli Astra MK-1 və MK-2 raketləri, eləcə də DRDO tərəfindən hazırlanmış elektron mübarizə sistemi ilə təchiz olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR