İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalifət hökuməti səriştəsizlik və korrupsiyada suçlayır  


Ermənistanın müxalifətdə olan "Ermənistan" blokunun deputatları məktəb və uşaq bağçalarının tikintisi ilə bağlı dövlət proqramının cəmi 40–42% icra olunduğunu bildiriblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu haqda iyunun 10-da parlamentin daimi komissiyalarının birgə iclasında, yerli müxalifətçi deputat Lilit Qalstyan bildirib. O, maliyyə naziri Vağe Ovanisyanla dialoqda hökumətin illərdir 500 uşaq bağçası və 300 məktəb tikəcəyinə dair vədlər verdiyini, lakin indiyədək yalnız 40 məktəbin tikildiyini vurğulayıb. Erməni Deputatın sözlərinə görə, həmin məktəblərin tikintisi bir neçə ilə başa gəlib və nəzərdə tutulan müddətin sonu artıq çatır.

Deputat Armenui Kürəkyan hökuməti tənqid edərək bildirib ki, vaxtilə ARF Daşnaksütyun partiyası təhsilə cavabdeh olarkən Ermənistanda 110 məktəb tikilmişdi, halbuki indiki hökumət 300 məktəb və 500 bağça vədi versə də, bu vədlərin reallıqla uyğunluğu sual altındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR