Onlayn ictimai-siyasi qəzet
Kotayk rayonunun Ağveran qəsəbəsindəki “Ararat Resort” hotel kompleksinin keçid məntəqəsində partlayış baş verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Səbəbi açıqlanmayan hadisə saat 07:30 radələrində baş verib. Partlayış nəticəsində bir nəfər İrəvandakı Milli Yanıqlar və Dermatologiya Mərkəzinə yerləşdirilib. Hadisə yerinə Çarentsavan Yanğından Mühafizə Hissəsinin 1 nəfər döyüş heyəti gəlib.
Partlayış nəticəsində şüşələr qırılıb. Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxs hotel kompleksində çalışan təhlükəsizlik xidməti işçisidir.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ