 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Rusiyanın Saratov vilayətində dəhşətli yol qəzası baş verib.
Musavat.com xəbər verir ki, hadisə Engels şəhərində, Krasnoznamennaya və Mira küçələrinin kəsişməsində baş verib. 30 yaşlı sürücü yüksək sürətlə qırmızı işıqda keçərək piyadaları vurub.
Nəticədə 14 yaşlı qız hadisə yerində həyatını itirib, bir oğlan isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Qəza zamanı sürücünün sərxoş olduğu müəyyən edilib və dərhal saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ