İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Terim evinə bayraq asdı, gündəm oldu - FOTO

"Qalatasaray"ın keçmiş direktoru Fatih Terim Bodrumdaki evinə "Qalatasaray" bayrağı asıb.

Milli.Az xəbər verir ki, Fatih Terimin bu hərəkətinin 12 may qalibiyyət il dönümündə olması da diqqət çəkib.

Xatırladaq ki, Fatih Terim hazırda  Səudiyyə Ərəbistanının Pro Liqa komandası olan "Əl-Şəbab"ın baş məşqçisidir.

Qeyd edək ki, 12 may 2012-ci ildə oynanılan super finalda "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gəlib. Kadıköydə keçirilən qarşılaşma 0-0 bitib və Fatih Terimin idarə etdiyi "Qalatasaray" çempion elan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

13 May 2025

BÜTÜN XƏBƏRLƏR