İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada etirazçılar müdafiə zavodunu blokadaya alıblar  

Fransada etirazçılar İsrailə silah satışı ilə bağlı narazılıqlarını bildirmək üçün müdafiə sənayesinə aid zavodu bağlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasının deputatı Gabriel Katala açıqlama verib. Onun sözlərinə görə, söhbət “Eurolinks” adlı silah istehsal edən zavoddan gedir. Müəssisə hərbi texnika və sursatı İsrailə satır.

Etirazçıların aksiyası birbaşa İsrailə dəstəyin dayandırılması tələbi ilə əlaqələndirilir. Hazırda zavodun fəaliyyəti qismən iflic vəziyyətindədir.

Qeyd edək ki, son aylarda Fransada İsrailin hərbi əməliyyatlarına etiraz olaraq bir sıra nümayişlər keçirilib. Bu addım isə həmin hərəkatın daha radikal mərhələyə keçdiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR