İnsanlara hürriyət, millətlərə istiqlal!

Fridrix Mertz və Tramp Ukrayna üçün sülh çağırışı etdi: “Müharibəyə son verilməlidir”

Almaniyanın yeni seçilmiş kansleri Fridrix Mertz ABŞ Prezidenti Donald Tramp ilə ilk telefon danışığını həyata keçirib və bu görüşün əsas mövzusu Ukrayna müharibəsi olub.

Musavat.com xəbər verir ki, Mertz və Tramp Ukraynada atəşkəsin elan edilməsi və tərəflərin danışıqlara başlaması üçün Rusiya ilə razılaşmanın vacibliyini vurğulayıb.

Tramp Almaniya, Fransa, Böyük Britaniya və Polşa ilə birlikdə davamlı sülhün təmin edilməsi üçün səylərini dəstəkləyəcəyini bildirib. Həmçinin, ticarət mübahisələrinin həlli və İkinci Dünya Müharibəsindən 80 il sonra ABŞ və Almaniya arasındakı ittifaqın yenidən qüvvəyə minməsi məsələləri də müzakirə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR