Onlayn ictimai-siyasi qəzet
“Google Maps” ABŞ istifadəçiləri üçün "Meksika körfəzi" adını "Amerika körfəzi" olaraq dəyişdirəcək.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Meksikada ad əvvəlki kimi – "Meksika körfəzi" olaraq qalacaq. Digər ölkələrdə istifadəçilər xəritədə hər iki adı görəcək.
Eyni dəyişiklik Şimali Amerikanın ən yüksək zirvəsi ilə bağlı da tətbiq ediləcək.
“Google Maps”da Alyaskadakı Denali dağı yenidən "Mak-Kinli dağı" olaraq göstəriləcək.
ABŞ Daxili İşlər Nazirliyinin keçən həftə yayımladığı bəyanata görə, dəyişiklik prezidentin göstərişi əsasında həyata keçirilir:
“Prezidentin göstərişi ilə artıq "Meksika körfəzi" rəsmi olaraq "Amerika körfəzi" adlanacaq. Şimali Amerikanın ən yüksək zirvəsi (Alyaskadakı Denali dağı) isə yenidən "Mak-Kinli" adı ilə tanınacaq”
Musavat.com
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ