Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanının xarici işlər naziri cümə günü Pakistanın paytaxtı İslamabada gözlənilməz səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər Hindistan və Pakistan arasında gərginliyi azaltmaq məqsədi daşıyır.
Adil əl-Cübeyrin bu gözlənilməz səfəri bölgə liderlərinin Hindistan və Pakistana hücumları zəiflətmək çağırışları fonunda baş tutub.
Pakistan hökumətində yüksək vəzifəli bir mənbə CNN-ə bildirib ki, İslamabad çərşənbə günü səhər Hindistanın hücumuna cavab verməzdən əvvəl "diplomatiyaya şans verir".
Səudiyyə naziri Pakistana Hindistanın paytaxtı Nyu-Dehlidən gəlib. Orada o, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb. Caişankar "X" sosial platformasında paylaşdığı yazıda, görüşdə Hindistanın "terrorizmlə qəti mübarizə perspektivlərinin" müzakirə edildiyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla Fars körfəzi ölkələri, Hindistan və Pakistanla olan sıx əlaqələrinə görə, bu mümkün danışıqlarda əsas vasitəçi namizədlər arasında yer alır.
Musavat.com
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ