İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman deputat Bakıda Rusiya rəsmiləri ilə gizli görüşdü: "Smartfonu söndürmüşdüm..."

Peterburq dialoqunda iştirak edən almanlar və ruslar Bakıda gizli görüş keçiriblər.

Musavat.com xəbər verir ki, məlumatı Almaniya mətbuatı yayıb. ARD Kontraste jurnalı və Die Zeit qəzetinin araşdırmasına görə, nüfuzlu alman siyasətçiləri ilə Rusiyadan Kremlə bağlı nümayəndə heyəti arasında gizli görüşün mövzusu 2001-ci ildə Gerhard Schröder və Vladimir Putin tərəfindən qurulan və Ukraynada müharibə başlayandan sonra rəsmi şəkildə fəaliyyətini dayandıran Peterburq Dialoqu forumunun taleyi olub.

Jurnalistlərin araşdırmasına görə, 2024-cü ilin aprelindən bəri artıq üç belə görüş olub, sonuncusu bu ilin aprelində Bakıda baş tutub. DW xəbər verir ki, onun iştirakçıları arasında SPD-dən Bundestaqın deputatı, məxfi xidmətlərə nəzarət komitəsinin üzvü Ralf Şteqner də olub. Onu Peterburq dialoqu ilə əlaqəli bir qrup alman siyasi xadimi müşayiət edib. Şteqner Bakıya səfəri ilə bağlı sualı cavablandırarkən bildirib ki, o, şəxsi məsələlərlə bağlı açıqlama vermir, iş üçün orada olmayıb və maliyyə vəsaiti almayıb.

Rusiya tərəfdən Bakıya uzun müddət Rusiya tərəfdən foruma rəhbərlik etmiş Rusiya Federasiyasının keçmiş baş naziri və “Qazprom”un keçmiş rəhbəri Viktor Zubkov, həmçinin Putinin müşaviri Valeri Fadeyev gəlib.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutundan Sabina Fişer deyib ki, bu cür görüşlər bir siqnaldır ki, Ukraynadakı müharibəyə baxmayaraq, Almaniyada Rusiya ilə münasibətləri normallaşdırmaq istəyən fiqurlar var. Onun fikrincə, belə görüşlərdə rusların məqsədi Almaniya siyasətinə təsir imkanlarını tapmaqdır.

Ralf Şteqner özü Bakıda Rusiya rəsmiləri ilə görüşdüyünü təsdiqləyib.

Bundestaqın Kəşfiyyat Komitəsinin üzvü, sosial demokrat SpiligeW dərgisinə deyib: "Xüsusilə də qaranlıq vaxtlarda hansısa istiqamətlərdə kommunikasiya xətlərini açıq saxlamalıyıq. Amma Almaniyadan Rusiya rəsmiləri ilə praktiki olaraq heç bir danışıqlar aparılmır və vətəndaş cəmiyyəti ilə heç bir əlaqə yoxdur. Ona görə də Rusiya ilə bütün əlaqələr kəsilərkən mən istənilən əlaqəni faydalı hesab edirəm. Bakıda bu cür danışıqların bütün dünyaya sülh gətirəcəyinə inanmaq sadəlövhlük olardı. Lakin bu, hər iki tərəfə qarşı tərəfin nə düşündüyünü öyrənməyə kömək edən kommunikasiya kanallarının qalığıdır".

O, səfərlə bağlı Almaniya rəsmilərini xəbərdar etmədiyini və xərclərini öz hesabına ödədiyini bildirib. Deputat əmin edib ki, görüşlər zamanı smartfonunu söndürüb, “təhlükəsizlik məsələsi ilə bağlı heç kimlə danışmayıb” və telefonunda Bundestaqın “komitəsinə aid heç bir məlumatı yoxdur”: “Rusiyanın Ukraynaya hücumunu düzgün hesab etmirəm. Lakin xarici siyasətdə çətin insanlarla danışmaq normaldır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR