Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova həsr etdiyi yeni mahnısını təqdim edib.
Musavat.com xəbər verir ki, sənətçi türkmən dilində ifa etdiyi “Arkadağlı Sərdarımız” adlı mahnıya klip də çəkdirib.
Əsərin sözləri Bibisara Məmmədovaya, musiqisi isə Yaqub Almazaya məxsusdur.
Klipin çəkilişləri Bakıda baş tutub, montaj işləri isə Türkmənistanda həyata keçirilir. Ekran işinin rejissoru Azər Sultanov, operatoru Rizvan Hacıyev, PR meneceri isə Fərəc Məmmədlidir.
Orta Asiyada böyük dinləyici auditoriyası olan Gülyanaq Məmmədova bu günədək rəsmi dəvətlə 12 dəfə Türkmənistana səfər edib. Sənətçiyə iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Altyn Asyr” mükafatı təqdim olunub.
Qeyd edək ki, bu mükafat Türkmənistan prezidentinin fərmanı ilə ölkənin inkişafında fəallıq göstərən şəxslərə verilir.
Klipin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Şahanə Rəhimli
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ