İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan: Aİ-nin ölkəmizdə ekstremizmi maliyyələşdirdiyinə dair sübutlarımız var

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqını ölkədə ekstremizmi maliyyələşdirməkdə ittiham edib və bu iddianı dəstəkləyən sübutlara sahib olduqlarını bildirib.

Musavat.com xəbər verir ki, hökumət başçısı avropalı tərəfdaşlarla apardıqları danışıqlarda konkret dəlillər təqdim etdiklərini deyib: “Biz avropalılara deyirik: bizdə faktlar var. Sizin faktlarınız nədir? Ümumi bəyanatlar və yalan yox, real faktlar gətirin. Biz sizə ekstremizmi dəstəklədiyinizi deyiriksə, bunu videolarla, maliyyə sənədləri ilə və praktiki nümunələrlə sübut edirik”.

Kobaxidze əlavə edib ki, Gürcüstan hökumətinin əlində Avropa qurumlarının ölkədə müəyyən şəxslər və qruplar vasitəsilə radikal fəaliyyətləri maliyyələşdirməsinə dair konkret sübutlar var. Aİ tərəfindən bu iddialara hələlik rəsmi cavab verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR