İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel HƏRƏKƏTƏ KEÇDİ - Gürcüstan bu hüquqdan məhrum edilir

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılması imkanını nəzərdən keçirir.

Bu məsələ Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə müzakirə olunur.

Səbəb isə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının “dinc etiraz aksiyalarını boğması”dır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, vizasız rejimin dayandırılması Gürcüstan hökumətinə təzyiq vasitələrindən biridir. Lakin Aİ bir neçə ay ərzində sərt addımlardan çəkinib. Bu, təşkilat daxilində Tiflis ilə dialoqu dəstəkləyən bəzi üzv dövlətlərin müqaviməti ilə əlaqədar olub.

Qeyd edək ki, Gürcüstanda kütləvi etiraz aksiyaları 2024-cü il noyabrın 28-də başlayıb. Ən gərgin dövr ilk həftə olub. Tiflisdə bəzi etirazçılar polisə qarşı pirotexniki vasitələrdən istifadə edib, hüquq-mühafizə orqanları isə cavab olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazlara səbəb baş nazir İrakli Kobaxidzenin verdiyi bəyanat olub. O, hakim “Gürcü Arzusu” partiyasının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlüklə bağlı danışıqlardan və Avropa İttifaqının bütün qrantlarından imtina edəcəyini açıqlayıb. Kobaxidze Brüsseli “şantajda” ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR