Onlayn ictimai-siyasi qəzet
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti tərəfindən səsləndirilən son bəyanatlara münasibət bildirib.
Musavat.com xəbər verir ki, Peskov bu bəyanatların kifayət qədər ciddi xarakter daşıdığını vurğulayıb və onlardan bəzilərinin birbaşa Rusiya Prezidenti Vladimir Putinə ünvanlandığını xatırladıb.
“Vaşinqtonda deyilənləri təhlil etmək üçün bizə zaman lazımdır”, – deyə Peskov Kremlin mövqeyini açıqlayıb.
O əlavə edib ki, əgər və nə zaman Prezident Putin bu məsələləri şərh etməyi zəruri hesab edərsə, mütləq bunu edəcək: “İrəli qaçmaq istəmirəm. Gəlin, Putinin qərarını gözləyək – o, bunu şəxsən şərh edəcəkmi, yoxmu”.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ