Onlayn ictimai-siyasi qəzet
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Araz Talıbovu saxlayıb.
Bu barədə Musavat.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun yaşadığı ünvandan iki kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb. Məlumata görə, faktla bağlı araşdırmalar aparılır.
07 May 2025
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ