Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanlı həmkarı Məhəmməd İsaq Dar ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, danışıq zamanı əsas müzakirə mövzusu Hindistan və Pakistan arasında artan hərbi gərginlik olub.
Tərəflər regiondakı vəziyyəti qiymətləndirib və münaqişənin daha da alovlanmasının qarşısını almaq üçün diplomatik səylərin vacibliyini vurğulayıblar. Rəsmi Ankaranın bölgədə sabitliyə töhfə verməyə hazır olduğu qeyd edilib.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ