Onlayn ictimai-siyasi qəzet
Ankara İstanbulda keçirilməsi planlaşdırılan danışıqların üçüncü raundu üçün Ukraynanın cavabını gözləyir.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Rusiya danışıqlara hazır olduğunu bildirib. İndi isə biz Ukrayna tərəfinin mövqeyini gözləyirik”, – Fidan deyib.
Nazir əlavə edib ki, Türkiyə liderlərin görüşünə ev sahibliyi etməyə tam hazırdır: “Türkiyədə liderlərin görüşünün təşkili ilə bağlı heç bir problem yoxdur”.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ