Onlayn ictimai-siyasi qəzet
İstanbulun Vahdettin iqamətgahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüşü başlayıb.
Musavat. com-un "Anadolu" agentliyinə istinadən xəbərinə görə, Blinkenin daha sonra Ərdoğanla görüşəcəyi bildirilir.
Məlumata görə bu, Entoni Blinkenin oktyabrın 7-dən etibarən bölgəyə 4-cü səfəridir. Dövlət katibinin daha sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edəcəyi gözlənilir.
Nigar HƏSƏNLİ,
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ