İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heç bir məktəb bu səhnənin çəkilməsinə icazə vermədi”

Aktyor Cavidan Novruz mərhum Xalq artisti, atası Ramiz Novruzun ən böyük arzusunu gerçəkləşdirib.

Bu haqda aktyor "Günə bax" verilişində danışıb. O bildirib ki, atası üçün çəkilən filmdə heç kimdən dəstək almayıb:

"Atamın ən böyük arzusu idi filmi çəkilsin. Heç bir qruma ağız açmadan, nəsə tələb etmədən, hər bir tərəfi, maddiyatı da özüm etdim. Yubileyinin keçirlməsini də özüm etdim. Sabah heç kim deməsin yardım etmişik. İyunun 9-da atamın yubiley gecəsi olacaq və film orada göstəriləcək".

C.Novruz ekran işindəki məktəb səhnəsi ilə bağlı qalmaqaldan da danışıb:

"Filmdə bir səhnə var idi: uşaq aktyor olmaq istəyir, bir gün müəllim hamıdan soruşur, böyüyəndə nə olmaq istəyirsən? Uşaq tənəffüsdə gəlib deyir ki, müəllim, mən aktyor olmaq istəyirəm, utandım deməyə. Bakıda bu səhnəni çəkməyə qoymadılar. Nə problem baş verir ki, bu, qadağan edilib? Rayonda əmim məktəbdə işləyir, sonda ona dedim ki, gəlim çəkim. Amma Elm və Təhsil Nazirliyi sonda buna şərait yaratdı"./Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

27 May 2025

BÜTÜN XƏBƏRLƏR