İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-dan SON DƏQİQƏ açıqlaması: Hazırıq...

HƏMAS Fələstində humanitar vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması şərti ilə daimi atəşkəs və İsrail qoşunlarının Qəzzadan tam çıxarılması ilə bağlı danışıqları davam etdirməyə hazırdır.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bunu hərəkatın siyasi büro üzvü Bassem Naim deyib:

"Fəlakətli humanitar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və fəaliyyətimizlə bağlı düşməndən yazılı cavab almaq son dərəcə vacibdir. Bu, danışıqlara qayıtmaq üçün şərtdir".

O izah edib ki, “aclıq şəraitində danışıqların davam etdirilməsi məzmununu və effektivliyini itirir”.

Ötən cümə axşamı telekanal məlumatlı mənbələrə istinadən xəbər verib ki, HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı hər hansı müzakirələrdə iştirakını dayandırıb.

Bundan əvvəl ABŞ və İsrail danışıqların aparıldığı Qətərin paytaxtı Dohadan nümayəndə heyətlərini geri çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR