İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər günü son gün kimi yaşayan 4 BÜRC

Astrologiyada elə bürclər var ki, həyatı sanki hər an sona çatacaqmış kimi yaşayırlar. Onlar üçün duyğular daha kəskin, anlar daha mənalıdır. Kimisi keçmişin ağırlığı ilə, kimisi gələcəyin qeyri-müəyyənliyi ilə nəfəs alır. Bu bürclər üçün həyat sadəcə yaşamaq deyil, dərin-dərin hiss etməkdir.

Musavat.com hər günü son anıymış kimi yaşayan 4 bürcü təqdim edir:

ƏQRƏB BÜRCÜ

Duyğuların dərinliyində Əqrəbin tayı-bərabəri yoxdur. Hansı hissi keçirirsə, onu son həddə qədər yaşayır. "Ya hər şey, ya heç nə" prinsipi ilə yaşayar, sanki hər an fırtına qopacaqmış kimi bir ruh halına malikdir.

Sevirsə, bütün varlığı ilə sevər; inciyibsə, acını ürəyinin dərinliyində hiss edər.

XƏRÇƏNG BÜRCÜ

Sevdiklərinə hədsiz bağlıdır. Əgər birini itirərsə, onun üçün həyat dayanar. Qəlbi ilə hərəkət edər, hissləri nə deyirsə, onu edər. Onun üçün həyat bir duyğu marafonudur.

Xərçəng unutmur. Onun üçün bir an o qədər dəyərlidir ki, gecələrlə beynində eyni səhnəni təkrar-təkrar oyadar.

Səhər günəşə baxıb sevinə bilər, amma bir mahnı eşidib keçmişdəki sevgini xatırlayaraq dərhal ruhdan düşə bilər. Bir mesajın gəlməməsi, bir baxışın əskikliyi onun bütün gününü pozmağa kifayətdir.

Duyğularını yaşayar. Onun üçün hər hiss qəlbdə yer tapmalıdır: sevgi, həsrət, inciklik, minnətdarlıq…

BALIQ BÜRCÜ

Elə incə bir ruh halına malikdir ki, bəzən özü belə "niyə belə hiss edirəm?" deyə sual verər. Hər an bir film səhnəsi kimidir: arxa fonda musiqi, içində dialoq, gözlərdə uzaqlara baxış…

Solmuş bir çiçəyə, üzgün bir uşağa baxıb ağlaya bilər. Duyğuların dərinliyində boğular: Bu hisslər bəzən o qədər artar ki, bu gün dünyanın son günüymüş kimi hiss edə bilər. Hər şeyin mənası var onun üçün: bir baxış, bir yuxu, bir mesaj, bir sükut…

Həyat ağır gələndə Balıq ruhunu qorumaq üçün qaçır. Bəziləri sənətə sığınar, bəziləri xəyal dünyasına. Kimisi yazıya, kimisi tənhalığa.

Balıq danışmadan əvvəl hiss edər. Bir insan danışmasa belə, gözlərinə baxanda nə düşündüyünü anlayar. "Sən ağlama, mən ağlayım" deyən bürcdür. Başqası üzülməsin deyə, özü yanmağa razı olar.

OĞLAQ BÜRCÜ

Oğlaq zahirən soyuqqanlı, güclü, özünəinamlı görünər. Amma içində böyük narahatlıq, qorxu, "birdən alınmazsa" düşüncəsi onu yavaş-yavaş yeyib bitirir. Oğlaq hər şeyi planla yaşamaq istəyir. "Vaxtında evlənməliyəm, vaxtında pul qazanmalıyam, ailə qurmalıyam…"

Bu daxili səs onu daim gərgin saxlayır. Həyatı bir tapşırıq siyahısı kimidir və siyahıdan bir şey əskikdirsə, özünü uğursuz hiss edir.

Oğlaq hər şeyi çiyinlərində daşıyır. Ailə, iş, dostlar… Zaman onun üçün çox qiymətlidir, ona görə də hər anı səmərəli keçirməlidir. Duyğularını göstərməz, içində yaşayar. Onu ağlayarkən görə bilməzsən. Oğlaq üçün hisslər zəiflik deyil, sadəcə nümayiş etdiriləcək bir şey deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR