İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kəşfiyyatına yeni səlahiyyətlər verildi – ABŞ-dan SƏRT REAKSİYA

Almaniya hökuməti daxili təhlükəsizlik məqsədilə ölkənin kəşfiyyat agentliyinə – Federal Konstitusiyanı Qoruma İdarəsinə – müxalif qüvvələr üzərində müşahidə aparmaq üçün genişləndirilmiş səlahiyyətlər verib. Bu addım beynəlxalq arenada, xüsusilə də ABŞ-da birmənalı qarşılanmayıb.

Musavat.com xəbər verir ki, ABŞ senatoru Marko Rubio bu qərarı sərt şəkildə tənqid edib:
“Bu demokratiya deyil — bu, maskalanmış tiraniyadır. Almaniya kursunu dəyişməlidir”, – deyə senator “X” sosial şəbəkəsində yazıb.

Rubionun açıqlamasına cavab olaraq Almaniyanın Xarici İşlər Nazirliyi rəsmi mövqe bildirib. Qurumun bəyanatında deyilir:

“Bu qərar bizim Konstitusiyamızı və hüququn aliliyini qorumaq məqsədilə aparılmış hərtərəfli və müstəqil araşdırmanın nəticəsidir. Son söz isə müstəqil məhkəmələrə məxsusdur. Biz tariximizdən dərs çıxarmışıq: sağçı ekstremizmin qarşısı alınmalıdır! Bu demokratiyanın özüdür!”

Qeyd edək ki, Almaniyada son illərdə sağçı radikal qrupların fəaliyyəti və siyasi sistemə təhdidi artıb. Rəsmi Berlin bu təhlükənin qarşısının alınmasını milli təhlükəsizlik prioriteti hesab edir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR