İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Pakistana su müharibəsi elan etdi? – Çenab çayının qarşısı kəsildi...

Cənubi Asiyada gərginlik daha da artır.

Musavat.com xəbər verir ki, Hindistan hakimiyyəti Pakistanla sərhəddə yerləşən strateji əhəmiyyətli Çenab çayının qarşısını kəsərək, Pakistanın bir sıra yaşayış məntəqələrinə su axınının qarşısını alıb.

Hindistan mediasının yazdığına görə, növbəti addım Cəlum çayının da bloklanması ola bilər. Xatırladaq ki, Hindistan daha əvvəl İndus çay sistemindən birgə istifadə ilə bağlı müqavilədən birtərəfli qaydada çıxmışdı. Bu qərar İslamabadda ciddi narahatlıq doğurmuşdu.

Pakistanın Milli Təhlükəsizlik Komitəsi isə rəsmi bəyanatla çıxış edərək bildirib:
“Su mənbələrinə müdaxilə edilərsə və Pakistanın suya çıxışı əngəllənərsə, bunu birbaşa müharibə aktı kimi qiymətləndirəcəyik".

Hazırda regionda vəziyyət son illərin ən gərgin mərhələsinə qədəm qoyur. Ekspertlər hesab edirlər ki, su resursları üzərindəki mübahisə Hindistan-Pakistan münasibətlərində yeni və təhlükəli qarşıdurmanın əsasını qoya bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR