Onlayn ictimai-siyasi qəzet
Hindistan ilə Pakistan arasındakı son hərbi qarşıdurma, ABŞ və Çin-in Cənubi Asiyada qarşı tərəflərlə güclənən əlaqələrini əks etdirən daha geniş bir qlobal dəyişimi göstərir.
Musavat.com xəbər verir ki, Hindistan tarixən heç bir alyansda yer almamış olsa da, son illərdə ABŞ və müttəfiqləri ilə sıx münasibətlər qurub və Rusiyadan aldığı silahların asılılığını kəskin şəkildə azaldıb.
Bu dövrdə Pakistan isə Çin silah sənayesinin böyük müştərisinə çevrilib. Hazırda Hindistan silahlarının əhəmiyyətli bir hissəsini ABŞ, Fransa və İsraildən alır və 2010-cu ildən bəri Rusiyadan aldığı silahların payını 50%-dən çox azaldıb. Eyni zamanda Pakistan silahlarının təxminən 80%-ni Çindən alır.
Hərbi qüvvələrini sürətlə modernləşdirən Hindistan ABŞ və Qərb platformalarından istifadə edir, Pakistan isə Çinin texnologiyalarından, o cümlədən J-10C reaktiv təyyarələri və uzaq mənzilli raketlərdən istifadə edir.
Bu silahlanma yarışının artması Cənubi Asiyanın gələcək hərbi balansını təhdid edir.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ