İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hökumə - kədərim mənim” filmi bu tarixdə təqdim olunacaq

Avqust ayında Milli Qəhrəman Hökumə Əliyevaya həsr olunmuş “Hökumə - kədərim mənim” adlı sənədli film təqdim olunacaq. 

Bununla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilib ki, layihənin rəhbəri AKİ sədri, Xalq artisti Rasim Balayev, rejissor Ziya Şıxlinski, operator Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyevdir.

Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.

Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR