Onlayn ictimai-siyasi qəzet
Yəməndəki husilər Çindən Türkiyəyə dəmir və gübrə daşıyan Yunanıstana məxsus “M/V Magic Seas” adlı quru yük gəmisini Qırmızı dənizdə batırıblar.
Musavat.com-un öncə də xəbər verdiyi kimi, hücum 6 iyul tarixində baş verib və bununla bağlı husilər təbliğat videosu yayıblar. “Stem Shipping” şirkətinin rəhbəri Maykl Boduroğlu bildirib ki, hücum təxminən 4 saat davam edib. Onun sözlərinə görə, hücum zamanı qayıqlardan açılan atəş, reaktiv qumbaralar, dəniz dronları və raketlərdən istifadə olunub. Hadisə Qırmızı dənizdə gəmiçiliyə qarşı hücumların artmaqda olduğunu və regionda gərginliyin daha da dərinləşdiyini göstərir.
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ