Onlayn ictimai-siyasi qəzet
İbrahim Tatlısəsin qızı Dilan Çıtak Bodrumda polisin “saxla” əmrinə tabe olmayaraq avtomobili onların üzərinə sürüb.
Musavat.com İHA-ya istinadən xəbər verir ki, hadisə zamanı polis havaya atəş açaraq onu saxlayıb.
Hadisə bu gün günorta saatlarında Konacıkda baş verib. Pikapla qəza zolağında hərəkət edən Çıtak polis əməkdaşları tərəfindən saxlanılaraq sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat sənədləri tələb olunub.
Çıtak qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra polis havaya atəş açaraq onu saxlayıb.
Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Dilan Çıtak daha sonra polis əməkdaşının müşayiəti ilə polis bölməsinə aparılıb.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ