İnsanlara hürriyət, millətlərə istiqlal!

İki türk üzgüçüyə köpək balığı hücum etdi - VİDEO

Türkiyəni beynəlxalq açıq su üzgüçülüyündə təmsil edən milli idmançılar Yasemin Altıntaş və Murat Öz, Havay adaları sahillərində yerləşən və dünyanın ən çətin açıq su marşrutlarından biri hesab olunan 45 kilometrlik Molokai kanalını keçmək cəhdləri zamanı hücuma məruz qalıblar.

Musavat.com xəbər verir ki, uzun müddət uyğun hava şəraiti üçün gözləyən türk üzgüçülər mayın 17-də axşam saatlarında Havayın Cənubi Papohaku çimərliyindən üzməyə başlayıblar.

TURK-YUZUCULER-PASIFIK-OKYANUSUNDA-KOPE_722359_213457

Marafonun 21-ci kilometrində qida fasiləsi zamanı əvvəlcə Yasemin Altıntaşa ahtapot toxunub, daha sonra isə köpəkbalığı idmançılara hücum edib.

Köpəkbalığı kişi üzgüçü Murat Özü bel nahiyəsindən dişləyib. O, hücum nəticəsində dərin yara alıb, lakin komanda yoldaşları tərəfindən dərhal sahilə çıxarılaraq ən yaxın xəstəxanaya çatdırılıb. Yasemin Altıntaş isə hücumdan xəsarət almadan xilas olub.

TURK-YUZUCULER-PASIFIK-OKYANUSUNDA-KOPE_722360_213457

Hadisədən sonra təhlükəsizlik səbəbilə Molokai kanalında gecə üzgüçülüyünə icazə verilməyəcəyi bildirilib.

Üzgüçülərin ümumi vəziyyətlərinin stabil olduğu və ilkin tibbi müdaxilədən sonra Türkiyəyə qayıtdıqları açıqlanıb.

TURK-YUZUCULER-PASIFIK-OKYANUSUNDA-KOPE_722361_213457

Qeyd edək ki, Yasemin Altıntaş və Murat Öz daha əvvəl 2023-cü ilin sentyabr ayında ABŞ-nin Cənubi Kaliforniya sahillərində yerləşən Catalina kanalını 13 saat 4 dəqiqəyə üzərək 32,3 kilometrlik tandem üzgüçülüyünü uğurla başa vurmuşdular. Hər iki idmançı “Oceans Seven” adlı beynəlxalq marafonlar seriyasını tamamlamaq məqsədi ilə yarışlarda iştirak edirlər.

Musavat.com

AA-20250519-38012149-38012148-TURK_YUZUCULER_PASIFIK_OKYANUSUNDA_KOPEK_BALIGI_SALDIRISINA_UGRADI

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR