Onlayn ictimai-siyasi qəzet
İsveçli aktyor və musiqiçi Byorn Andresen vəfat edib.
Bu barədə "Dagens Nyheter" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, 70 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.
O, İtaliyanın "Venesiyada ölüm" filmində baş rolu oynadıqdan sonra beynəlxalq şöhrət qazanıb. Filmin rejissoru Luçino Viskonti onu "XX əsrin ən gözəl oğlanı" kimi xarakterizə edib.
2021-ci ildə Andresen eyni adlı sənədli filmdə mərkəzi fiqur olub./Report
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ