İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib

Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşüb.

Musavat.com-un məlumatına görə, görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.

İlham Əliyev adıçəkilən sammitdə bir sıra ölkələrdən olan həmkarları ilə də analoji görüşlər keçirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR