İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: "Vyetnamla mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"

"Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir".

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Vietnam News Agency" agentliyinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş "Əfsanə yaradanlar" filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi".

Prezident vurğulayıb ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

06 May 2025

BÜTÜN XƏBƏRLƏR