Onlayn ictimai-siyasi qəzet
Müğənni Anar Cəfərov uzun fasilədən sonra yaradıcılıq fəaliyyətinə qayıdıb.
Musavat.com xəbər verir ki, o, Rusiyada səhnə fəaliyyətini davam etdirərək yeni klipini təqdim edib.
“Əbədi sevgi” adlanan mahnının musiqisi və sözləri müğənni İsmayıl Əliyevə, aranjemanı isə Camal Qurbanova məxsusdur. Camal həmçinin Anar Cəfərovun musiqi prodüseri kimi onunla birgə çalışır.
Anar Cəfərov bildirib ki, yenidən səhnəyə dönməsində dostlarının, xüsusilə İsmayıl Əliyevin böyük rolu olub:
“Məni oxumağa həmişə dostlarım həvəsləndirirdi, amma məhz İsmayıl Əliyevin dəstəyi və təkidi ilə musiqi fəaliyyətimə başlamışam”.
Qeyd edək ki, A.Cəfərov 2003–2005-ci illərdə NM qrupunda fəaliyyət göstərib, 2005-ci ildə isə “Yeni ulduz-4” müsabiqəsinin finalçısı olub. Daha sonra “N-Brothers” qrupunun üzvü kimi 5 ilə yaxın fəaliyyət göstərib.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ